Saatlıda gənc ölümdən son anda xilas edilib

Saatlıda gənc ölümdən son anda xilas edilib Saatlıda suda batan gənc oğlan xilas olunub.
Hadisə
3 İyul , 2021 19:45
Saatlıda gənc ölümdən son anda xilas edilib

Saatlıda suda batan gənc oğlan xilas olunub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Smadi kəndində qeydə alınıb.

Rayonun Mircavad kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Elnur Elman oğlu həmin ərazidən keçən su kanalında çimərkən suda batmaq təhlükəsi ilə üzləşib. O, yaxınlıqdakı adamların köməkliyi ilə son anda sudan çıxarılıb. E.Məmmədov Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi