Saatlıda gənc oğlan bıçaqlanıb

Saatlıda gənc oğlan bıçaqlanıb Saatlı. 24 aprel. REPORT.AZ/ Saatlı rayon sakini bıçaqlanıb.
Hadisə
24 Aprel , 2018 15:36
Saatlıda gənc oğlan bıçaqlanıb

Saatlı. 24 aprel. REPORT.AZ/ Saatlı rayon sakini bıçaqlanıb. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Araz çayı üzərindəki asma körpünün yaxınlığında bəndin üstündə baş verib. 

Belə ki, şəhərin Mirağa Ağayev küçəsində yaşayan, 1992-ci il təvəllüdlü Şamo Çərkəz oğlu Zeynalov mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi