Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb

Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Hadisə
145
8 May , 2021 16:40
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, şöbə əməkdaşları rayon ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dayandırılıb, çayxananın icarədarı və müştəriləri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi