Saatlıda gecə işləyən kafe aşkarlanıb

Saatlıda gecə işləyən kafe aşkarlanıb Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə
261
2 Sentyabr , 2021 11:09
Saatlıda gecə işləyən kafe aşkarlanıb
0 : 00
0 : 00

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayonun Potubəyli kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin icarədarı Z.Məmmədov və orada olan beş müştəri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi