Saatlıda COVID-19 xəstəsi saxlanılıb

Saatlıda COVID-19 xəstəsi saxlanılıb Saatlı rayonunda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb.
Hadisə
149
11 Sentyabr , 2021 10:12
Saatlıda COVID-19 xəstəsi saxlanılıb

Saatlı rayonunda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayon sakini Allahverdi Rüstəmovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Həmin şəxsin qanunazidd hərəkətinin qarşısı alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar Saatlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi