Saatlıda kəndə hücum edən canavarlar 14 baş qoyunu parçalayıb

Saatlıda kəndə hücum edən canavarlar 14 baş qoyunu parçalayıb Saatlıda canavarlar kəndə hücum edib, 14 baş xırdabuynuzlu heyvanı parçalayıb, 8-ni yaralayıb. “Report”un Aran bürosunun məlumatına görə, hadisə səhər saat saatlarında rayonun Qaranuru kəndində qeydə alınıb.
Hadisə
1 Yanvar , 2024 14:49
Saatlıda kəndə hücum edən canavarlar 14 baş qoyunu parçalayıb

Saatlıda canavarlar kəndə hücum edərək 14 baş xırdabuynuzlu heyvanı parçalayıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saat saatlarında rayonun Qaranuru kəndində qeydə alınıb.

Belə ki, bir neçə canavar kənd sakini İlham Şirəliyevə məxsus təsərrüfata hücum edib. Nəticədə 14 baş xırdabuynuzlu heyvan tələf olub, 8 baş heyvan isə yaralanıb.

Dərhal müvafiq qurumlara məlumat verilib. Əraziyə baytarlar dəvət edilib. Yaralı heyvanlara isə vaksin vurulub, ərazidə dezinfeksiya işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi