Saatlıda avtomobil piyadanı vurub

Saatlıda avtomobil piyadanı vurub Saatlı. 16 noyabr. REPORT.AZ/ Saatlı rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
16 Noyabr , 2018 23:16
Saatlıda avtomobil piyadanı vurub

Saatlı. 16 noyabr. REPORT.AZ/ Saatlı rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaranuru kəndi ərazisində qeydə alınıb.

1993-cü il təvəllüdlü Seyfullayev Bilal Sadiq oğlu yolu keçmək istəyən zaman “Mercedes” markalı avtomobil onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan B.Seyfullayev Saatlı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bərdədə 64 yaşlı qadını avtomobil vuraraq öldürüb.

Son xəbərlər

Orphus sistemi