Saatlıda avtomobil aşıb, qardaşlar xəsarət alıb

Saatlıda avtomobil aşıb, qardaşlar xəsarət alıb Saatlı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 Dekabr , 2021 22:53
Saatlıda avtomobil aşıb, qardaşlar xəsarət alıb
0 : 00
0 : 00

Saatlı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sultanabad kəndində qeydə alınıb. Belə ki, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər - 1998-ci il təvəllüdlü Əliyev Şahsuvar Tofiq oğlu və qardaşı (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ş.Əliyevin vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bəbənin müştərək travması və sol körpücük sümüyünün sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi