Saatlıda avtomobil 50 yaşlı piyadanı vuraraq öldürüb

Saatlıda avtomobil 50 yaşlı piyadanı vuraraq öldürüb Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
Hadisə
22 Aprel , 2021 23:26
Saatlıda avtomobil 50 yaşlı piyadanı vuraraq öldürüb
0 : 00
0 : 00

Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında Soltanabad kəndində qeydə alınıb.

İlkin məlumata görə, “VAZ-2106” markalı avtomobil yolu keçmək istəyən kənd sakini, 1971-ci il təvəllüdlü Mirzəyev Qədir Fazil oğlunu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi