Saatlıda ağır yol qəzası oldu, ölən və xəsarət alan var

Saatlıda ağır yol qəzası oldu, ölən və xəsarət alan var Saatlıda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
16 İyul , 2021 22:31
Saatlıda ağır yol qəzası oldu, ölən və xəsarət alan var
0 : 00
0 : 00

Saatlıda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin H. Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil “TIR” yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan Saatlı rayonunun Ağarəhimli kənd sakinləri, 1983-cü il təvəllüdlü Zeynalov Vahid Zakir oğlu hadisə yerində ölüb, Məmmədov Vüsal Əbülfət oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan paytaxt Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Ölən və yaralının rayonda fəaliyyət göstərən “Barkot” firmasının işçiləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi