Saatlıda 58 yaşlı kişi özünü asaraq intihar edib - YENİLƏNİB

Saatlıda 58 yaşlı kişi özünü asaraq intihar edib - YENİLƏNİB İntiharın səbəbi hələlik məlum deyil
Hadisə
26 Oktyabr , 2017 21:50
Saatlıda 58 yaşlı kişi özünü asaraq intihar edib - YENİLƏNİB

Saatlı. 26 oktyabr. REPORT.AZ/ Saatlı rayonunda intihar edən şəxsin adı məlum olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu, rayonun Musalı kəndinin sakini, 58 yaşlı Arif Sarı oğlu Əliyev  olub. 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.


***20:14

Saatlı. 26 oktyabr. REPORT.AZ/ Saatlı rayonun intihar hadisəsi baş verib. 

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Musalı kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini hələlik məlum olmayan səbəbdən özünü yaşadığı evdə asaraq intihar edib. Onun meyitini asılmış vəziyyətdə görən yaxınları dərhal polisə və təcili yardıma məlumat veriblər. Hadisə yerinə gələn Təcili Tibbi Yardım Stasiyasının əməkdaşları intihar edən şəxsin bir neçə saat əvvəl öldüyünü bildiriblər. 

Hazırda hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.


Son xəbərlər

Orphus sistemi