Saatlı. 20 yanvar. REPORT.AZ/ Saatlıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, şəhərin Mirbəşir Qasımov küçəsində yaşayan 46 yaşlı Çingiz Behbud oğlu Yaqubovu minik avtomobili vurub.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri almış yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərilib.
Yaralının vəziyyəti ağır olduğundan Bakıya göndəriləcəyi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.