Saatlıda 25 yaşlı qadın əri tərəfindən döyülüb

Saatlıda 25 yaşlı qadın əri tərəfindən döyülüb Saatlı rayonunda döyülmə hadisəsi baş verib.
Hadisə
23 Dekabr , 2019 22:45
Saatlıda 25 yaşlı qadın əri tərəfindən döyülüb

Saatlı rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Mollavəzli kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynova Ülviyyə Əlabbas qızı ailə münaqişəsi zəminində əri tərəfindən döyülüb. O, kürək, sağ göz nahiyələrindən və sağ əlinin beşinci barmağından müxtəlif dərəcəli xəsarətlər alıb. Ü.Hüseynova Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi