Saatlıda 25 yaşlı oğlan biləyini kəsərək intihara cəhd edib

Saatlıda 25 yaşlı oğlan biləyini kəsərək intihara cəhd edib Hadisə ötən gün gecə saatlarında Əlisoltanlı kəndində qeydə alınıb
Hadisə
7 İyun , 2017 07:49
Saatlıda 25 yaşlı oğlan biləyini kəsərək intihara cəhd edib

Saatlı. 7 iyun. REPORT.AZ/ Saatlıda intihara cəhd hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün gecə saatlarında rayonun Əlisoltanlı kəndində qeydə alınıb.

Kənddə fin evlərində məskunlaşmış məcburi köçkün, 25 yaşlı Saleh Həsənov üzərində gəzdirdiyi bıçaqla sol biləyini kəsərək özünü intihar etmək istəyib. Yaxınlarının vaxtında müdaxiləsi nəticəsində yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra o, Cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi