Saatlı rayonunda dəm qazından ölüm hadisəsi baş verib.
“Report”un əldə etdiyi məlumata görə, hadisə dekabrın 1-də qeydə alınıb.
Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Aytac İsmayılova yaşadığı evin hamam otağında çimərkən su qızdırıcının dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.