DİN: Saatlı sakininin döyülməsi ilə bağlı şikayətə baxılmaması iddiası əsassızdır

DİN: Saatlı sakininin döyülməsi ilə bağlı şikayətə baxılmaması iddiası əsassızdır Sosial şəbəkələrdə Saatlı rayonu Çolpı kənd sakini Rafiq Rzayev oğlunun döyülməsi ilə əlaqədar Saatlı Rayon Polis Şöbəsinə etdiyi şikayətə baxılmaması barədə iddiaları əsassızdır və həqiqəti əks etdirmir.
Hadisə
26 Avqust , 2019 18:15
DİN: Saatlı sakininin döyülməsi ilə bağlı şikayətə baxılmaması iddiası əsassızdır

Sosial şəbəkələrdə Saatlı rayonu Çolpı kənd sakini Rafiq Rzayev oğlunun döyülməsi ilə əlaqədar Saatlı Rayon Polis Şöbəsinə etdiyi şikayətə baxılmaması barədə iddiaları əsassızdır və həqiqəti əks etdirmir.

Bu barədə “Report”un Aran bürosuna Daxili İşçlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Toğrul Nəsirli məlumat verib. 

Onun sözlərinə görə, Rafiq Rzayevin oğlu Xalid Rzayev iyulun 15-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Saatlı RPŞ-yə həmkəndlisi Etibar adlı şəxs tərəfindən döyülməsi barədə müraciət edib: "Hazırda Saatlı RPŞ-nin İstintaq bölməsində CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılıb, həmin faktla əlaqədar olaraq istintaq davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, R.Rzayev oğlunun döyülməsi ilə əlaqədar sosial şəbəkələrin birində polis tərəfindən şikayətə baxılmaması iddiasında olub. 

Son xəbərlər

Orphus sistemi