Saatlı sakininə bıçaqla xəsarət yetirən şəxs tutuldu

Saatlı sakininə bıçaqla xəsarət yetirən şəxs tutuldu Saatlı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
342
21 İyul , 2020 13:43
Saatlı sakininə bıçaqla xəsarət yetirən şəxs tutuldu

Saatlı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də şəhər sakini M.İbrahimova bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmiş R.Şıxəliyev saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 306-cı maddəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) ilə axtarışda olması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi