Saatlı sakinindən 278 ədəd çətənə kolu götürülüb

Saatlı sakinindən 278 ədəd çətənə kolu götürülüb Saatlı rayonunda 278 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Hadisə
6 İyun , 2019 10:36
Saatlı sakinindən 278 ədəd çətənə kolu götürülüb

Saatlı rayonunda 278 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Bu barədə “Report”un Aran bürosuna DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. 

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Mollavaizli kənd sakini Namiq Mehdiyev saxlanılıb. Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 278 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi