Saatlı Rayon Sukanal İdarəsi rəisinin asılmış meyiti tapılıb

Saatlı Rayon Sukanal İdarəsi rəisinin asılmış meyiti tapılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
31 Dekabr , 2016 11:04
Saatlı Rayon Sukanal İdarəsi rəisinin asılmış meyiti tapılıb

Bakı. 31 dekabr. REPORT.AZ/ Saatlı Rayon Sukanal İdarəsi rəisinin asılmış meyiti tapılıb.

Mərhumun yaxınlarının "Report"a verdiyi məlumata görə, rayon sakini 1971-ci il təvəllüdlü Üzeyir Kazımov dekabr ayının 30-da işə getmək üçün evdən çıxıb. O, həmin gün səhər 09:00-dək ailə üzvləri ilə telefonla danışıb. Lakin sonradan ondan heç bir xəbər çıxmayıb. Bu gün səhər saat 09:30 radələrində isə Ü.Kazımovun asılmış meyiti tapılıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib.

"Report"un əldə etdiyi məlumata görə, son vaxtlar Üzeyir Kazımov işi ilə bağlı hədələr alırmış.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi