Saatlı polisi dərman peraparatlarını oğurlayan rayon sakinini saxlayıb - FOTO

Saatlı polisi dərman peraparatlarını oğurlayan rayon sakinini saxlayıb - FOTO Gözətçi işləyən Saatlı rayon sakini ona əmanət olunan malları oğurlayıb
Hadisə
18 Dekabr , 2015 00:48
Saatlı polisi dərman peraparatlarını oğurlayan rayon sakinini saxlayıb - FOTO

Bakı. 18 dekabr. REPORT. AZ / Gözətçi işləyən Saatlı rayon sakini ona əmanət olunan malları oğurlayıb.

"Report" xəbər verir ki, oğurluq hadisəsi Saatlı şəhərində fəaliyyət göstərən "CTS-aqro" MMC-də qeydə alınıb. Belə ki, "CTS aqro" MMC-nin anbarından xeyli miqdarda ziyanverici həşəratalara qarşı istifadə olunan dərmanların oğurlandığı barədə polisə məlumat verilib.

Dərhal rayon polisi hərəkətə keçib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin şəxsiyyəti müəyyənləşdirilərək saxlanılıb. Məlum olub ki, bu, həmin cəmiyyətdə 10 il gözətçi işləyən Saatlı sakini Mirşaiq Baba oğlu Həşimovdur.

İlkin dindirilmə zamanı məlum olub ki, iş növbəsində olan Mirşaiq Həşimov anbarın açarını ələ keçirərək oradan 6500 manat dəyərində dərman peraparatlarını oğurlayaraq öz maşını ilə aradan çıxıb.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi