Şəmkirdə oğurluqla məşğul olan şəxslər saxlanılıblar

Şəmkirdə oğurluqla məşğul olan şəxslər saxlanılıblar Faktlarla araşdırmalar davam etdirilir
Hadisə
31 Yanvar , 2019 10:19
Şəmkirdə oğurluqla məşğul olan şəxslər saxlanılıblar
0 : 00
0 : 00

Şəmkir. 31 yanvar. REPORT.AZ/ Şəmkir rayonunda oğurluqla məşğul olan şəxslər saxlanılıblar.

Bu barədə "Report"un Qərb bürosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, rayonun Əliyaqublu kəndində əhalini su ilə təmin edən qurğuların oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədən şəxslərin ifşa edilməsi istiqamətində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Nəticədə kənd ərazisində təsərrüfat sahələrində quraşdırılan su nasoslarını oğurlamaqda şübhəli bilinən Əliyaqublu kəndi sakini, Elnur Quliyev və həmkəndlisi Eynur Səlimovla birlikdə saxlanılıb.

Saxlanılan şəxslər ifadəsində həmin nasosları əsasən sutkanın qaranlıq vaxtlarında oğurladıqlarını və satmaq üçün gizlətdiklərini etiraf ediblər.

Faktlarla araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi