Bakıda rüşvətə görə həbs edilən sabiq polis əməkdaşına hökm oxunub

Bakıda rüşvətə görə həbs edilən sabiq polis əməkdaşına hökm oxunub Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Sərxan Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
29 Yanvar , 2019 11:48
Bakıda rüşvətə görə həbs edilən sabiq polis əməkdaşına hökm oxunub

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Sərxan Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Sadıqov "Bakı Metropoliteni" QSC-də polis vəzifəsində çalışıb. O, Sədrəddin Kərimov və Xəyyam Səfərzadəyə maşın nömrəsi alacağı vədi verib. Lakin sonradan S.Sadıqov verdiyi vədə əməl etməyib.

Ümumilikdə, həmin şəxslərə 17 min manata yaxın ziyan dəyib.

Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan S.Sadıqovun barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi