Rüşvətə görə həbs edilən icra nümayəndəsinin məhkəməsində zərərçəkmiş ifadə verib

Rüşvətə görə həbs edilən icra nümayəndəsinin məhkəməsində zərərçəkmiş ifadə verib Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
19 Dekabr , 2018 16:30
Rüşvətə görə həbs edilən icra nümayəndəsinin məhkəməsində zərərçəkmiş ifadə verib
0 : 00
0 : 00

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə A.Osmanov özünü təqsirli bilməyib.

Daha sonra zərərçəkmiş qismində Əmir Bəkirov ifadə verib. O, təqsirləndirilən şəxsi 12 ildir tanıdığını, ona qarşı şikayəti olmadığını söyləyib: "Bağımız yerindədir. Bağ yerindədirsə, niyə zərərçəkən kimi tanınmalıyıq? Ağaqədirin sayəsində minlərlə adamın torpağını almışıq, bizə köməklik edib. Mən özümü zərərçəkən hesab etmirəm.

Biz o torpağın dəyərindən qat-qat artıq pul ödəmişik, orada bağ salmışıq".

Təqsirləndirilən A.Osmanov bildirib ki, 28 sot torpaq sahəsi Gülsüm Poladovaya məxsus olub. G.Poladova isə 2005-ci ildə rəhmətə gedib. Onun ölümündən sonra həmin torpaq sahəsi heç kimin adına sənədləşdirilməyib.

Məhkəmənin baxış iclası dekabrın 26-na təyin edilib.

Qeyd edək ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış A.Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində 3 nəfər - Rean Bulut qızı Balatova, Gülqız Bədəl qızı Həmidova və Əmir Sehrab oğlu Bəkirov tanınır.

Son xəbərlər

Orphus sistemi