Bakıda rüşvət verməkdə təqsirləndirilən sabiq direktor müavininə hökm oxunub

Bakıda rüşvət verməkdə təqsirləndirilən sabiq direktor müavininə hökm oxunub Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməkdə təqsirləndirilən S.Əjdərzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
19 Dekabr , 2018 17:04
Bakıda rüşvət verməkdə təqsirləndirilən sabiq direktor müavininə hökm oxunub
0 : 00
0 : 00

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməkdə təqsirləndirilən S.Əjdərzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Əjdərzadə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 79-cu maddəsi nəzərə alınaraq, qadının azyaşlı uşağı 14 yaşına çatana qədər hökmün icrası təxirə salınıb.

Qeyd edək ki, S.Əjdərzadə barəsində Cinayət Məcəlləsinin (CM) 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.

Xatırladaq ki, S.Əjdərzadə Xəzər rayonundakı tam orta məktəblərdən birində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

O daha əvvəl dələduzluqda təqsirli bilinib və Binəqədi Rayon Məhkəməsi ona şərti cəza verib. 

Son xəbərlər

Orphus sistemi