​Rüşvət verməkdə təqsirləndirilən keçmiş vəkil Ali Məhkəməyə müraciət edib

​Rüşvət verməkdə təqsirləndirilən keçmiş vəkil Ali Məhkəməyə müraciət edib Şikayətə Ali Məhkəmədə baxılacaq
Hadisə
18 Fevral , 2016 10:18
​Rüşvət verməkdə təqsirləndirilən keçmiş vəkil Ali Məhkəməyə müraciət edib

Bakı. 18 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində rüşvət verməkdə və vəzifə saxtakarlığında təqsirləndirilən keçmiş vəkil Əliabbas Rüstəmov barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə davam etdirilib.

“Report”un məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən proses qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb kimi ilkin qərardan kassasiya şikayəti verilməsi göstərilib.

Şikayətə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, “Yasavul” MMC-nin direktoru olan keçmiş vəkil Əliabbas Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Ə.Rüstəmov Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib. O, guya işin ibtidai istintaqını aparan şəxsə 90 min manat məbləğində rüşvət verilməsi üçün rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında saxlanılıb.

Baxış zamanı Ə.Rüstəmovun üzərindən 95 min manat məbləğində nağd pul, habelə xidməti otağından ibtidai istintaq üçün əhəmiyyət kəsb edən sənədlər aşkar edilərək götürülüb.

O, Cinayət Məcəlləsinin 312.2-ci (rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

2015-ci ilin noyabr ayında isə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Ə.Rüstəmov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Ə.Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.

Hökmdən narazı qalan Ə.Rüstəmov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi