Rüşvətə görə tutulan gömrükçülərin məhkəməsi başlayıb

Rüşvətə görə tutulan gömrükçülərin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası oktyabrın 27-nə təyin edilib
Hadisə
24 Oktyabr , 2016 10:58
Rüşvətə görə tutulan gömrükçülərin məhkəməsi başlayıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda və qaçaqmalçılıqda təqsirləndirilən 6 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilənlərdən Neman Abbasovun və Aman Baylyyevin vəkilləri vəsatətlə çıxış ediblər. Onlar hüquqlarını müdafiə etdikləri şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər. Vəsatətlər təmin edilməyib.

Məhkəmənin baxış iclası oktyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən biri - Aman Baylyyev Aman Türkmənistan vətəndaşı, 5-i isə - Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva Muxtar Qasımov və Ziyafət Qurbanova isə Azərbaycan vətəndaşıdırlar. Azərbaycan vətəndaşalarının 4-ü Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarıdır.

Hazırlıq iclasında məlum olub ki, təqsirləndirilən 6 nəfərdən 2-si - A.Baylyyev və N.Abbasovun hazırda barələrində həbs qətimkan tədbiri seçilib. Digər 4 nəfər isə - A.Kazımov, A.Tağıyeva M.Qasımov və Z.Qurbanovadır.

İlkin məlumata görə, onlar Azərbaycana qanunsuz yollarla qızıl-ziynət əşyalarının keçirilməsində təqsirli bilinirlər.

Həmin şəxslər Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi