Yuxarı

Rüşvət almaqda təqsirləndirilən şəxsin apellyasiya şikayətinin icraatı dayandırılıb

Rüşvət almaqda təqsirləndirilən şəxsin apellyasiya şikayətinin icraatı dayandırılıb

43

Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub

Bakı. 18 fevral. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində rüşvət almaqda təqisirləndirilən Paşa Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayətinin icraatı dayandırılıb.

Qeyd edək ki, P.Məmmədov Xızı rayon Arxiv İdarəsinin əməkdaşı olub. O, Xızı rayon sakini Kərimulla Kərimovdan torpaq sənədləşməsi adı ilə 2500 manat pul istəyib. Zərərçəkmiş isə ona 1300 manat pul verib, lakin P.Məmmədov verdiyi vədə əməl etməyib. K.Kərimovun polisə müraciətindən sonra P.Məmmədov saxlanılıb. Onun barəsində polis nəzarəti altına verilməklə qətimkan tədbiri seçilib.

P.Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi