Yuxarı

Rüşvət almaqda təqsirləndirilən bağça müdiri 5 nəfərə vurduğu zərəri ödəyib

Rüşvət almaqda təqsirləndirilən bağça müdiri 5 nəfərə vurduğu zərəri ödəyib
© Report

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən "Körpə İncilər" Təlim-Tədris Mərkəzinin müdiri İlahə Ziyadovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə İ. Ziyadova 5 nəfər zərərçəkmişə vurduğu ziyanı ödədiyini deyib.

O, digər 4 nəfərin zərərini ödəmək, barışıq əldə etmək üçün məhkəmədən sonuncu dəfə vaxt istəyib.

Növbəti prosesdə məhkəmə istintaqının başa çatacağı və dövlət ittihamçısının çıxış edəcəyi gözlənilir.

Məhkəmə iclası dekabrın 26-da davam etdiriləcək. 

Qeyd edək ki, ittiham aktına əsasən, Bakının Xətai rayonunda yerləşən "Körpə incilər" Təlim-Tədris Mərkəzinin müdiri İ.Ziyadova Tavat Muradlını bağçaya ingilis dili müəlliməsi kimi işə qəbulu üçün onun anası Tünzalə Muradovadan 2500 manat məbləğində pul alıb. Daha sonra İ.Ziyadova T.Muradovaya verdiyi vədə əməl etməyib.

Bundan başqa, İ.Ziyadova çoxsaylı şəxsləri bağçaya tibb bacısı və müəllimə kimi işə götürəcəyini bildirəərk, onlardan rüşvət alıb.

Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

İ. Ziyadova məhkəməyə verdiyi ifadəsində işə düzəltmə adı ilə rüşvət aldığını etiraf edib. O, zərərçəkmişlərə dəyən ziyanın hamısını ödəyəcəyini söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi