Yuxarı

Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb

Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb
Onun Tbilisidə özünü Kür çayına ataraq intihar etdiyi ehtimal olunur

Tbilisi. 25 may. REPORT.AZ/ Kür çayının Rustavi şəhərindən keçən hissəsində azərbaycanlı tələbənin meyiti tapılıb. 

Bu barədə "Report"un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib. 

Bildirilib ki, hadisə iki gün bundan əvvəl baş verib.

"Bizə Tbilisi Humanitar Universitetinin II kurs tələbəsi Tağı İsgəndərzadənin suda boğularaq ölməsi barədə məlumat daxil olub. Artıq meyit ekspertizadan keçirilib və yaxın günlərdə ailəsinə təhvil verilməsi üçün Azərbaycana göndəriləcək". 

Xatırladaq ki, T.İsgəndərzadənin paytaxt Tbilisidə özünü Kür çayına ataraq intihar etdiyi ehtimal olunur.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi