Yuxarı

​Rusiyaya təyyarə ilə qanunsuz məhsul aparan azərbaycanlı saxlanılıb

Potensial təhlükəli yük zərərsizləşdirilməsi üçün müsadirə edilib

Bakı. 19 Avqust. REPORT.AZ/ Tacikistan və Azərbaycandan olan aviareyslər vasitəsilə Sankt-Peterburqun "Pulkovo" hava limanına gələn sərnişinlər Rusiya ərazisinə qanunsuz olaraq məhsul keçirtmək istəyiblər.

"Report" xəbər verir ki, bu barədə Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin mətbuat xidmətindən "Rosbalt"a məlumat verilib.

Məlumata görə, ümumi çəkisi təqribən 13 kq. olan süd və ət məhsulları sərnişinlərin baqaj və əl yükündə aşkar edilib.

Məhsullar yükün keyfiyyəti, təhlükəsizliyi və ərazi mənsubluğunu təsdiq edən müvafiq baytarlıq sənədləri olmadan Rusiya ərazisinə aparılıb.

Potensial təhlükəli yük zərərsizləşdirilməsi üçün müsadirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi