Bakı. 8 mart. REPORT.AZ/ Kalininqrad gömrükçüləri 15,5 min Polşa zanbağını ölkəyə buraxmayıblar.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə vilayət gömrüyünün mətbuat katibi Oksana İvanova məlumat verib.
Onun sözlərinə görə, martın 6-da gecə Mamonovo buraxılış məntəqəsinə Azərbaycandan olan sürücünün idarə etdiyi "Ford" markalı avtomobil gəlib.
"Müfəttişlər avtomobilə baxış zamanı fitosanitar icazə sənədi olmayan müxtəlif rəngli 15,5 min təzə dərilmiş zanbaq aşkar ediblər", - deyə İvanova bildirib.
Yükün ümumi çəkisi 695,75 kq. təşkil edib. Faktla bağlı inzibati hüquq pozuntusu barədə cinayət işi qaldırılıb. Bütün güllər yenidən Polşa ərazisinə geri qaytarılıb.