Rusiyanın Smolensk vilayətində "Müsyö Jordan və dərviş Məstəli şah" pyesi nümayiş etdirilib

Rusiyanın Smolensk vilayətində "Müsyö Jordan və dərviş Məstəli şah" pyesi nümayiş etdirilib Tamaşa Səməd Vurğun adına Rus Dram Teatrının truppası tərəfindən oynanılıb
Hadisə
1 Noyabr , 2017 05:59
Rusiyanın Smolensk vilayətində Müsyö Jordan və dərviş Məstəli şah pyesi nümayiş etdirilib

Bakı. 1 noyabr. REPORT.AZ/ Dekabrın 31-də Rusiyanın A.S.Qriboyedov adına Smolensk Dram Teatrının Böyük səhnəsində "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" pyesi nümayiş etdirilib.

“Report” xəbər verir ki, tamaşa Azərbaycanın Səməd Vurğun adına Rus Dram Teatrının truppası tərəfindən qastrol səfəri çərçivəsində oynanılıb.

Qastrolun açılış günü mətbuat konfransı keçirilib. Tədbirdə Rusiya Mədəniyyət Nazirliyi və Smolensk vilayət administrasiyasının nümayəndələri, Smolensk Dram Teatrının rəhbərliyi, Azərbaycan teatrının rejissor və teatr truppası və yerli KİV nümayəndələri iştirak ediblər.

Tamaşanın sonunda tamaşaçılar artistlərə gurultulu alqışlar və gül dəstələri ilə minnətdarlıq ediblər. Qastrol oktyabrın 1-də "Afina gecələri" tamaşası ilə davam edəcək.

Qastrollar Rusiya Mədəniyyət Nazirliyinin qastrol fəaliyyətinə dəstək Federal Mərkəzinin layihəsi çərçivəsində həyata keçirilir və noyabrın 9-dək davam edəcək.

Teatr truppası Smolensk, Pskov, Velikie Lukidə tamaşa göstərəcək.

Qastrol səfərlərinin repertuarında Mirzə Fətəli Axundovun "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" pyesi və müasir rusiyalı dramaturq Petr Qladilinin "Afina gecələri" pyesi əsasında hazırlanmış tamaşalar yer alıb. Səhnə quruluşu teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovskinindir.

Son xəbərlər

Orphus sistemi