​Rusiyanın Azərbaycandakı səfirinin köməkçisi yol qəzasında xəsarət alıb

​Rusiyanın Azərbaycandakı səfirinin köməkçisi yol qəzasında xəsarət alıb Hadisə ilə bağlı araşdırma aparılır
Hadisə
22 Dekabr , 2015 16:42
​Rusiyanın Azərbaycandakı səfirinin köməkçisi yol qəzasında xəsarət alıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfirinin köməkçisi Bakıda yol qəzası törədib. “Report” xəbər verir ki, Nəsimi rayonunda H.Ələsgərov küçəsində Rusiya Federasiyası vətəndaşı, Rusiya səfirinin köməkçisi Viktor İqoreviç Zemin idarə etdiyi “Volkswagen Jetta” markalı avtomobillə qəzaya düşüb.

Səfir köməkçisinin idarə etdiyi maşınla Bakı sakini Samir Nəzərovun idarə etdiyi “Niva” markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki maşın zədələnib. Sürücülər yüngül bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi