​Rusiyalı iş adamı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcək

​Rusiyalı iş adamı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcək German Sterliqov şikayət ərizəsini avqustun 26-da verməyi planlaşdırır
Hadisə
23 Avqust , 2015 16:48
​Rusiyalı iş adamı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcək

Bakı. 23 Avqust. REPORT.AZ/ Rusiyalı iş adamı German Sterliqov Azərbaycandan ona qarşı göstərilən fəaliyyətə görə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət edəcək.

"Report" xəbər verir ki, bu barədə sahibkarın vəkili Artur Ayrapetov "Ren-TV"yə bildirib.

Ayrapetovun sözlərinə görə, şikayət ərizəsinin avqustun 26-da verilməsi planlaşdırılır. Vəkil Azərbaycanın Sterliqovu "qara siyahı"ya saldıqdan sonra ona qarşı cinayət işi qaldırmasını "beynəlxalq hüquqda nonsens" adlandırıb.

Bir qədər əvvəl Ayrapetov Sterliqovun İnterpolun xətti ilə axtarışının artıq dayandırıldığını məlumat verib. Onun sözlərinə görə, axtarış İnterpol Azərbaycan tərəfindən Sterliqovun təqib olunmasında siyasi motivlər gördüyü üçün dayandırılıb.

Cari ilin iyul ayında rusiyalı iş adamı Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Sonda Azərbaycan sözügedən sahibkarı "arzuolunmaz şəxs" elan edib, ardından isə dövlət sərhədlərini qanunsuz olaraq pozmaq və qondarma "Dağlıq Qarabağ"a dəstək verməkdə müqəssir bilərək barəsində cinayət işi qaldırılıb.

İyulun 28-də Sterliqov beynəlxalq axtarışa verilib.

Rusiyada isə Sterliqova qarşı böhtan atmaq üzrə cinayət işi qaldırılıb. Şikayət ərizəsi İsrail vətəndaşı Milana Qorenşteyn tərəfindən daxil olub.

Son xəbərlər

Orphus sistemi