Yuxarı

Rusiyadan yük gətirən avtomobil Qusarda aşıb - VİDEO

Rusiyadan yük gətirən avtomobil Qusarda aşıb

Rusiyadan Azərbaycana tikinti materialları gətirən yük maşını Qusar rayonunda aşıb. 

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun rayonun Quxuroba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Rusiya vətəndaşı idarə etdiyi "Volvo" markalı yük avtomobili ilə "Samur" gömrük postundan Azərbaycan ərazisinə daxil olub. O, postu keçdikdən sonra idarəetməni itirərək yük avtomobilini yolun kənarındakı ağaca çırpıb və maşın aşıb.

Hadisəyə havanın yağışlı və dumanlı olması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi