Rusiyadan yeni qayıdan Qax sakini özünü asıb

Rusiyadan yeni qayıdan Qax sakini özünü asıb Hadisə baş verərkən mərhum sərxoş vəziyyətdə olub
Hadisə
203
8 May , 2017 23:34
Rusiyadan yeni qayıdan Qax sakini özünü asıb

Qax. 8 may. REPORT.AZ/ Qax rayonunda intihar hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun verdiyi məlumata görə, rayonun Çinarlı kənd sakini, 1970-ci il təvəllüdlü Şamil Şamxal oğlu Şamxalov özünü ağacdan asıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ş.Şamxalov iki həftə öncə Rusiyadan qayıdıb. İntihar edərkən onun sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi