Rusiyadan qayıtmaq istəyən azərbaycanlıların ölkəyə buraxılması barədə açıqlama

Rusiyadan qayıtmaq istəyən azərbaycanlıların ölkəyə buraxılması barədə açıqlama Azərbaycan ərazisində son günlər ərzində koronavirusla bağlı aşkar olunan pozitiv testlərin 20 faizi Rusiyadan gələnlər arasında müəyyən edilib.
Hadisə
1065
16 Aprel , 2020 17:12
Rusiyadan qayıtmaq istəyən azərbaycanlıların ölkəyə buraxılması barədə açıqlama
Report
0 : 00
0 : 00

"Azərbaycan ərazisində son günlər ərzində koronavirusla bağlı aşkar olunan pozitiv testlərin 20 faizi Rusiyadan gələnlər arasında müəyyən edilib".

"Report" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, son günlər Samur keçid məntəqələrində Rusiyadan qayıtmaq istəyən insanların toplaşması halları müşahidə olunur: "Rusiyada olan vətəndaşlarımız ardıcıl və növbəlilik əsasında ölkəyə gətiriləcək. "Evə gedirəm" portalı vasitəsi ilə qeydiyyatdan keçən şəxslərin ardıcıllıq nömrəsi təyin ediləcək. Onlar da müəyyən qruplar şəkilində ölkəyə buraxılacaq".

H.Hacıyev qeyd edib ki, 200-400 sayda insanın növbəli şəkildə gəlişi təmin ediləcək: "Bu günə qədər "qaynar xətt"ə 550 Rusiyada yaşayan Azərbaycan vətəndaşı müraciət edib və onların da adı sistemə yüklənəcək. İlk növbədə onların gəlişinə üstünlük veriləcək".

Son xəbərlər

Orphus sistemi