Rusiyadan qanunsuz telefon və siqaret keçirilməsinə cəhd olub

Rusiyadan qanunsuz telefon və siqaret keçirilməsinə cəhd olub Faktla bağlı araşdırma aparılır
Hadisə
1 Aprel , 2017 17:18
Rusiyadan qanunsuz telefon və siqaret keçirilməsinə cəhd olub
Customs.gov.az

Bakı. 1 aprel. REPORT.AZ/ Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal-gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarının altından gömrük nəzarətindən gizlədilən 4400 ədəd "NZ Gold Compact", avtomobilin tibb çantasının içərisindən 5 qutu "Belomorkanal" markalı siqaretlər, qabaq oturacaqların arasından isə 9 ədəd "Samsung Galaxsy J1 mini" markalı mobil telefonlar aşkar olunub.

Bundan əlavə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarzə şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun idxal-gömrük nəzarəti zonasında Rusiya istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı, nəqliyyat vasitəsinin ön və arxa təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 28 min ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi