​Rusiyadan ölkəyə qanunsuz pul gətirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb

​Rusiyadan ölkəyə qanunsuz pul gətirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb Faktla bağlı cinayət işi qaldırılıb
Hadisə
6 Avqust , 2015 22:23
​Rusiyadan ölkəyə qanunsuz pul gətirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Bakı. 06 Avqust. REPORT.AZ/ Dağıstan gömrükçüləri təqribən 1 milyon bəyan olunmamış rublu Rusiya sərhədindən qanunsuz olaraq keçirtmək cəhdinin qarşısını alıblar.

"Report" xəbər verir ki, bu barədə Dağıstan Gömrük İdarəsinin mətbuat xidmətindən RİA "Daqestan"a məlumat verilib.

Məlumata görə, pullar gömrük nəzarəti zamanı Rusiyadan ölkəsinə gələn Azərbaycan vətəndaşının üzərində aşkar edilib. Gömrük əməkdaşlarına bəyan olunmamış 792 min Rus rublu (12 min 627 ABŞ dolları) müsadirə olunub.

Faktla bağlı inzibati qanun pozuntusu barədə iş açılıb.

Qeyd edək ki, Gömrük İttifaqının gömrük ərazisindən eyni vaxtda 10 min ABŞ dolları məbləğində bəyan olunmamış pul vəsaiti keçirtməyə icazə verilir.

Son xəbərlər

Orphus sistemi