Rusiyadan Gürcüstana qanunsuz alkoqollu içkilər keçirən Azərbaycan vətəndaşı saxlanılıb

Rusiyadan Gürcüstana qanunsuz alkoqollu içkilər keçirən Azərbaycan vətəndaşı saxlanılıb Gürcüstanın Rusiya ilə sərhəddə yerləşən “Kazbeqi” gömrük-keçid məntəqəsində ölkəyə alqokollu içkilərin qanunsuz keçirilməsinin qarşısı alınıb.
Hadisə
4 Oktyabr , 2019 11:42
Rusiyadan Gürcüstana qanunsuz alkoqollu içkilər keçirən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanın Rusiya ilə sərhəddə yerləşən “Kazbeqi” gömrük-keçid məntəqəsində ölkəyə alqokollu içkilərin qanunsuz keçirilməsinin qarşısı alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Gürcüstan gömrükçüləri Azərbaycan vətəndaşının idarə etdiyi mikroavtobusa baxış keçirən zaman gömrük nəzarətindən gizlədilən və ümumi dəyəri 3 700 lari olan alkoqollu içkilər aşkar ediblər.

Faktla bağlı Maliyyə Nazirliyinin İstintaq Xidmətində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi