Rusiyadan gətirilən ətir və siqaretlər Azərbaycanda saxlanılıb

Rusiyadan gətirilən ətir və siqaretlər Azərbaycanda saxlanılıb Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən Xanoba gömrük postuna daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi VAZ-21041 markalı avtomobilə gömrük baxışı keçirilib.
Hadisə
10 iyun 2019 07:04
Rusiyadan gətirilən ətir və siqaretlər Azərbaycanda saxlanılıb

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Xanoba" gömrük postuna daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21041" markalı avtomobilə gömrük baxışı keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin ön panelinin içində, yük yerinin gizli saxlanc hissəsində gömrük orqanından gizlədilən, üzərində "İncandessenc Avon" yazılan 37 ədəd ətir, 35 ədəd ətir üçün kataloq və üzərində "Marlboro" yazılan 600 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi