Yuxarı

Rusiyadan gələn şəxsin çantasından dərman preparatı aşkar edilib

​Rusiyadan gələn şəxsin çantasından dərman preparatı aşkar edilib

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttində Rusiya istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito 115 CDI" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Bu zaman nəqliyyat vasitəsinin yük yerindəki qara polietilen paketin içərisində "Tamoksifen 20 mq" markalı 300 ədəd dərman preparatının boş qutusu, avtomobilin alt hissəsindəki ehtiyat təkərin ortasında olan boşluqda isə "Tamoksifen 20 mq" markalı 11400 həb dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi