Azərbaycan gömrükçüləri Rusiyadan gələn şəxsdən qızıl, beşbarmaq və bıçaq aşkar edib

Azərbaycan gömrükçüləri Rusiyadan gələn şəxsdən qızıl, beşbarmaq və bıçaq aşkar edib Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Samur" gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiyadan daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi avtomo
Hadisə
12 Noyabr , 2019 11:36
Azərbaycan gömrükçüləri Rusiyadan gələn şəxsdən qızıl, beşbarmaq və bıçaq aşkar edib

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Samur" gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiyadan daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış keçirilib.

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı gömrükçülər nəqliyyat vasitəsinin salonunda olan polietilen paketdə gizlədilən müxtəlif ölçüdə və formada, ümumi çəkisi 15,35 qram təşkil edən qızıl qırıntıları aşkarlayıb.

"Samur" gömrük postunun idxal-minik gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi daha bir minik avtomobilinə baxış zamanı isə nəqliyyat vasitəsindəki yüklərdə 1 ədəd "beşbarmaq" və 3 ədəd bıçaq aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi