Rusiyadan Azərbaycana qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiyadan daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi VAZ 21901 markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
12 aprel 2019 10:30
Rusiyadan Azərbaycana qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiyadan daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21901" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, yoxlama zamanı, avtomobilin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədilən xeyli miqdarda - 32 adda dərman preparatları, 60 ədəd tibbi gigienik şam və müxtəlif dərman preparatlarına məxsus, cəmi 97 boş qutu və plastik qablar aşkar edilib.

Bu mallar avtomobilin salonunda, sürət ötürücüləri qutusunun örtüyünün alt hissəsində olan boşluqlarda, ön paneldə əşyalar qoymaq üçün nəzərdə tutulan yerin altındakı örtüyün arxasında olan boşluqda, hava filtrinin içərisində, arxa sağ və sol qapıların örtüklərinin arxasındakı boşluqlarda və nəhayət, yük yerindəki ehtiyat təkərin içərisində aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi