Rusiyadan Azərbaycana narkotik vasitələr gətirən şəxs saxlanılıb

Rusiyadan Azərbaycana narkotik vasitələr gətirən şəxs saxlanılıb Bakı. 31 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Rusiya vətəndaşı saxlanılıb.
Hadisə
31 Oktyabr , 2018 13:18
Rusiyadan Azərbaycana narkotik vasitələr gətirən şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 31 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Rusiya vətəndaşı saxlanılıb.

DGK-dan “Report”a verilən məlumata görə, saxlanılan şəxsin üzərində aparılmış şəxsi yoxlama zamanı narkotik vasitələr aşkar edilib.

Belə ki, onun əynindəki gödəkçənin sağ iç cibində kağız bükülünün içərisindən, ümumi çəkisi 1,525 qram tütünlə qarışıq kütlədə təmiz çəkisi 1,021 qram, 1 ədəd kibrit qutusunun içərisindən çətənə bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 3,957 qram olan narkotik vasitə - marixuana, sellofan bükümdə isə təmiz çəkisi 1,310 qram olan narkotik vasitə - həşiş qətranı aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi