Rusiya Federasiyası istiqamətindən
“Report” Komitəyə istinadən verdiyi məlumata görə, yoxlama zamanı həmin şəxsin üst geyiminin altında gömrük nəzarətindən gizlədilən 560 ədəd üzərində "Yellow label" və 800 ədəd üzərində "Purple wave" yazıları olan "Heets" markalı elektron siqaretlər aşkarlanıb.
Bundan başqa, "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz 0303" markalı avtobusa gömrük baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin ehtiyat hissələrinin saxlanması üçün nəzərdə tutulan hissəsində gömrük orqanına əvvəlcədən bəyan edilməyən 30 ədəd avtomobil ehtiyat hissəsi aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.