​Rusiyadan Azərbaycana ekstradisiya olunan şəxsə hökm oxunub

​Rusiyadan Azərbaycana ekstradisiya olunan şəxsə hökm oxunub Natiq Əliyevi 9 il 9 ay müddətinə azadlıqdan məhrum edib
Hadisə
30 Oktyabr , 2015 15:05
​Rusiyadan Azərbaycana ekstradisiya olunan şəxsə hökm oxunub

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiya Federasiyasından Azərbaycana ekstradisiya olunan, qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən Natiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report” xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Əliyevə Rusiya Federasiyasında çıxarılan 10 il 3 ay azadlıqdan məhrum edilmə müddəti tənzimlənib. Hakim Zeynal Ağayev qərarı qüvvədə saxlayaraq, N.Əliyevi 9 il 9 ay müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, N.Əliyev 2011-ci ildə Rusiya Federasiyasında narkotik vasitələri satmaqda ittiham olunub. O, Rusiyada 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. N.Əliyev bu il Azərbaycana ekstradisiya olunub. O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi