​Rusiyadan Azərbaycana ekstradisiya olunan şəxsə hökm oxunub

​Rusiyadan Azərbaycana ekstradisiya olunan şəxsə hökm oxunub Rauf İnşayev 10 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
11 Sentyabr , 2015 16:14
​Rusiyadan Azərbaycana ekstradisiya olunan şəxsə hökm oxunub

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiya Federasiyasından Azərbaycana ekstradisiya olunan, qaçaqmalçılıqda və qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən Rauf İnşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report" xəbər verir ki, Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib.

Dövlət ittihamçısı məhkəmə heyətindən Rauf İnşayevin 10 il müddətinə azadlıqdan məhrum edilməsinin tənzimlənməsini istəyib.

Daha sonra hakimlər müşavirə otağına yollanıblar.

Müşavirədən qayıdan məhkəmə heyəti hökmü oxuyub. Məhkəmənin hökmü ilə Rauf İnşayev 10 il müddətinə azadlıqdan məhrum edilib. R.İnşayevin cəza müddəti 2008-ci ildən hesablanıb.

Xatırladaq ki, R.İnşayev 2008-ci ildə Rusiya Federasiyasında qaçaqmalçılıqda və narkotik vasitələri satmaqda ittiham olunub. O, Rusiyada 10 il müddətinə azadlıqdan məhrum edilib

R.İnşayev Azərbaycana ekstradisiya olunub. O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi