Yuxarı

Yekaterinburqda zərgərlik salonunu yaran Azərbaycan vətəndaşı saxlanılıb - VİDEO

O, dələduzluğa görə Azərbaycanda axtarışdadır

Bakı. 6 oktyabr. REPORT.AZ/ Rusiyanın Saratov vilayətində Yekaterinburqda zərgərlik salonuna basqında şübhəli bilinən şəxslər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin məlumatında bildirilir.

Məlumata görə, insident sentyabrın 20-də Suxolojskaya küçəsində baş verib. İki nəfər mağazaya daxil oaraq satıcıların əl-qolunu bağlayb və vitrində olan qızıl-zinət əşyalarını özləri ilə aparıb. 22 və 23 yaşlı şəxslər cinayəti törətdikdən sonra salonun qarşısında onları gözləyən avtomobilə minərək ərazini tərk ediblər.

Qarət video kamera ilə qeydə alınıb. Dəyən ziyan təqribən 6 milyon rubl dəyərində qiymətləndirilib.

Müəyyən edilib ki, basqınçılardan biri Azərbaycanda külli miqdarda dələduzluqda şübhəli bilinərək axtarışa verilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi