Yuxarı
    Bağlamaq

    Rusiyada yol qəzası nəticəsində 3 Azərbaycan vətəndaşı ölüb, daha 3-ü yaralanıb

    Onlar Azərbaycan-Rusiya sərhədini bu gün keçiblər

    Bakı. 2 iyul. REPORT.AZ/ Rusiyanın Stavropol diyarında yük və minik avtomobillərinin toqquşması nəticəsində 3 Azərbaycan vətəndaşı həyatını itirib, daha 3 nəfər yaralanıb.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin (DYHTM) vilayət üzrə İdarəsinin məlumatında bildirilir.

    "Andropovski rayonunun "Qafqaz" federal avtomobil yolunun 296-cı km-də Mineralnıe Vodı şəhərindən Nevinnomıssk şəhəri istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü qarşıda hərəkətdə olan "Kamaz" nəqliyyat vasitəsi ilə məsafəyə əməl etməyərək onunla toqquşub", — deyə məlumatda bildirilir.

    DYHTM-nin məlumatına görə, "Mercedes"in üç sərnişini aldığı travmalardan hadisə yerində keçinib, sürücü və daha iki sərnişin, o cümlədən 15 yaşlı qız müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

    "Xarici maşının sürücüsü və sərnişinləri Azərbaycan Respublikası vətəndaşlarıdırlar, onlar sərhədi bu gün keçiblər və Rostov-na-Donu şəhərinə istiqamət alıblar. Faktla bağlı cinayət işinin qaldırılması məsələsinə baxılır. Araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi